Qısa məzmun
PASHA Life İnvestisiya şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında məlumat:
Struktur bölmə: Strategiya və investisiya departamenti, İnvestisiya şöbəsi
Vəzifə: İnvestisiya şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 15.06.2021
Vəzifə Öhdəlikləri:
- Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
- Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
- Bazardakı investisiya imkanlarını araşdırmaq və təkliflər vermək;
- İnvestisiya fəaliyyətinə dair əqdləri icra etmək;
- Şöbəyə daxil olan sənədləri nəzərdən keçirtmək;
- Tərəfdaşlarla ilkin danışıqlıqları aparmaq və əməliyyatları həyata keçirtmək;
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
- Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük, Magistr təhsili üstünlükdür.
- Kompüter bilikləri: MS Excel: əla , MS Outlook: orta , MS Word: orta , MS PowerPoint: orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...