Satış Auditi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC Satış Auditi vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobilin olması vacibdir

A+CO” ASC şirkəti Bakı, Gəncə və Bərdə regionları üzrə “Satış Auditi” vəzifəsinə işçi axtarışı elan edir.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil (Maliyyə, Kommersiya, İqtisadiyyat və s. sahələrdə);
  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Səlis Azərbaycan dili bilikləri, yaxşı səviyyədə yazı qabiliyyəti;
  • İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri;
  • Şəxsi avtomobilin olması vacibdir (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:

  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
  • Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
  • Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
  • Ərazidə inventarların yoxlanışı və raportlanması; Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
  • İsti satış sistemi ilə çalışan maşın qalıqlarının sayımları və raportlanması;
  • Şirkətin proqramlarından istifadə edərək yüklü satışları və şübhəli iadələri izləmək və uyğunsuzluqları raportlamaq.
  •  Marketlərdə rəflərdə məhsulların son istifadə tarixinin və etiketinin yoxlanılması və raportlanması;
  • Kommersiya Departamentinin şübhəli bildiyi əməliyyatlar barədə Auditora yönləndirilmiş məlumatların yoxlanılması;
  • Aylıq, illik sayımlarda iştirak etmək;
  • Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi” və çalışmaq istədiyi müvafiq regionu qeyd edərək hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.01.2026 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

14.01.2026 - Sumqayıt

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı