Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Enginet LLC Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək;
  • əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qabaqcıl və elmi təcrübələri işdə həyata keçirmək;
  • iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
  • əməyin mühafizəsi və iş təhlükəsizliyi mövzusunda işçilərə birdəfəlik və periodik təlimlər keçirmək;
  • risklərin qiymətləndirilməsi və qarşısının alınması üçün təkliflər planı hazırlamaq;
  • istehsalatda zədələnmə səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsini təşkil etmək;
  • əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə prosedurlar hazırlamaq;
  • texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasında iştirak etmək;
  • Rəhbərliyə statistik hesabatlar hazırlamaq;

Namizədə verilən tələblər:

  • ali təhsil
  • müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • müvafiq sertifikatlar
  • Microsoft Office proqramlarını bilmək
  • məsuliyyətli, komandada işləmək bacarığı, təşkilatçılıq bacarığı
  • İş qrafiki: 5 günlük iş rejimi.
  • Əmək haqqı: müsahibə vaxtı müəyyən ediləcək.

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” yazmaqla göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı