Qısa məzmun
“PAŞA Bank” ASC olaraq Risklərin İdarəedilməsi departamentinin Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.
Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi
“PAŞA Bank” ASC olaraq Risklərin İdarəedilməsi departamentinin Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
- Risk metodologiyasına nəzarət, model validasiyası və model validasiya sonrası validasiya dəyişiklikləri; risk hesabatı və model keyfiyyətinin yoxlanılması;
- Bankda istifadə olunan model vasitələrinin hazırlanması və validasiyası üçün metodologiyanın hazırlanması;
- Digər (risklə əlaqəsi olmayan) qabaqcıl analitik sistemlərin dizayn olunmasına cəlbi və dəstəklənməsi;
- Kredit risk modellərinin hazırlanması, işlədilməsi və gözlənilən nəticələrdə kənarlaşma olduğu halda model məlumat (input), parametr və model kodlarının nizamlanması; (model monitorinqi üzrə hesabatlığa əsaslanaraq)
- Metodologiya və model sənədlərini yoxlayaraq Bank modellərinin təsdiqlənməsi və icrası;
- Modelin inkişafı və nizamlanması üçün tövsiyələrlə birgə kredit risk modellərini əhatə edən idarəetmə hesabatlarının mütəmadi olaraq hazırlanması;
- Model işlədilməsi monitorinqi və məlumatların testi (backtesting) üçün mütəmadi şəkildə validasiyası.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmləri, Statistika, Tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il
- Ən azı bir proqramlaşdırma dilində təcrübə (R, Python)
- Biliklər: Alteryx, Tableau
- Xarici dil: səlis İngilis dili
- Kompüter Bacarıqları: Microsoft Office
- Digər: Problem helletmə və qərarvermə bacarıqları, kommersiya və biznes məsələlərindən məlumatlı olmaq, təklif olunan təkmilləşdirmələri formalaşdırmaq və aydın
- şəkildə kommunikasiya etmək bacarığı
- Üstünlük verilir: SQL üzrə biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Risk Modelləşdirmə şöbəsinin Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...