Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank Respublika ASC Back end developer (Java) vəzifəsi üzrə vakansiya elan edir. GIT ilə sərbəst işləmə bacarığı tələb olunur.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Python və ya Java proqramlaşdırma dili üzrə biliklər;
- RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
- GIT ilə sərbəst işləmə bacarığı;
- SQL, PL/SQL üzrə bilikləri arzuolunandır;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 yanvar 2020-ci il tarixinədək, email-in mövzu hissəsində “Back end developer (Java)” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərsiniz.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...