Qısa məzmun
Para BOKT İnsan Resursları departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- İnsan Resursları Departamentinin Direktoru vəzifəsində minimum 5 il iş təcrübəsi olmalıdır;
- Əvvəlki iş yerlərində minimum 500-600 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
- İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
- Ali təhsil;
- Yaş həddi: 30-45;
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
- Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
- Məsuliyyətli və diqqətli olmalıdır;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı);
Vəzifə öhdəlikləri:
- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
- İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
- Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin
- ymətləndirilməsi prosesini təşkil və icra etmək;
- BOKT işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan Resursları Departamentinin Direktoru” qeyd edərək vakansiya@parabokt.az ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...