Kopirayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Impler Agency Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.

Impler – Digital kommunikasiya agentliyi olaraq “Kopirayter” vakansiyası elan edirik. Axtardığımız şəxs yazılı və təsviri düşünməli, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Qısaca desək, reklam mətnlərinin, ideyalarının və konsepsiyalarının hazırlanması üzrə komandamızdakı boşluğu doldurmağın məsuliyyətini üzərinə almalıdır.

Qeyd edək ki, Impler Digital Kommunikasiya Agentliyi 2012-ci ildən həm yerli, həm də xarici şirkətlərə sosial media və dijital marketinq xidmətləri göstərir.

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlərin hazırlamaq;
  • Sosial Media üçün yaradıcı kampaniya təkliflərinin təqdim etmək;
  • Kampaniyalar üçün sloqanlar düşünmək;
  • Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq.

Namizəddə görmək istədiklərimiz:

  • Reklam və ya sosial media agentliyində ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazı, fikirlərini izah etmək bacarığı;
  • Ən azı bir xarici dil (rus və ya ingilis) sərbəst şəkildə bilmək;
  • Araşdırmaçılıq, davamlı öyrənmək və yaradıcılıq;
  • İşinə qarşı diqqətli və məsuliyyətli olmaq;

Biz vəd edirik:

  • 800-1000 maaş;
  • Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus;
  • Şəhərin mərkəzində yerləşən ofis;
  • Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti;
  • İşləmək üçün rahat Macbook Air noutbuku;
  • Qlobal və aparıcı yerli brendlərlə müxtəlif müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları.

Müraciət üçün CV və Portfolionu cv@impler.com ünvanına göndərə bilərsiniz. Portfoliosuz CV-lərə baxılmayacaq.

Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...