Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Call Center Operator vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Çağrı Mərkəzi operatoru tələb olunur.
İşin rolu:
Daxil olan zəngləri idarə etmək, mağazanın ümümi kargüzarlıq işlərini aparmaq.
Vəzifə öhdəlikləri:
- Daxili və xarici zənglərə cavab vermək və müvafiq olaraq yönləndirmək
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, məlumatları aydınlaşdırmaq və zenqi lazim olan şöbəyə keçirmək
- Mağaza daxili reklam çarxlarına nəzarət etmək
- Müştərilərin şikayətlərini qeydə almaq, müvafiq şöbəyə yönləndirmək və nəticəni qeyd etmək.
Əsas tələblər:
- Təhsil:
- Ali Təhsil
- Müştəri xidmətləri üzrə sertifikat arzuolunandır
- Təcrübə:
- Müvafiq sahədə 1 il iş təcrübəsi
- Professional biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- Microsoft Office bilikləri
- Professional bacarıqlar və kompetensiyalar:
- Müştəri xidməti
- Ünsiyyət bacarıqları
- Stress müqaviməti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Çağrı Mərkəzi operatoru” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans, ...
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...