Qısa məzmun
Göygöl Şərab Zavodu ASC Keyfiyyətə Nəzarət Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: “Göygöl Şərab Zavodu” ASC, Göygöl şəhəri
Vəzifə: Keyfiyyətə Nəzarət Mühəndisi (alkoqollu içkilər sahəsi)
- İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
- İstirahət günü: Şənbə, bazar
- Ali təhsilliyə üstünlük verilir (texnoloji, kimyəvi, qida sahələrində).
Namizəd üçün tələblər:
- Normativ-texniki sənədlərə uyğun olaraq köməkçi xammala fiziki-kimyəvi nəzarəti həyata keçirilmək, tələblərə və normativ sənədlərə müvafiq hazır məhsula nəzarəti həyata keçirmək;
- Laboratoriya jurnallarının aparılması.
- İstehsal olunan malın keyfiyyətinə, süzmənin texnoloji prosesinə və hazır məhsulun qablaşdırılmasına nəzarəti həyata keçirmək məqsədilə ölçmə işlərini aparmaq qabiliyyəti;
- Hazır məhsulların süzülməsinin, onun tündlüyün, qablaşdırmanın, etiketlənməsinin və aksiz markaların vurulmasının DÜST və normativ sənədlərə uyğunluğunun təmin edilməsinə nəzarət.
- İşçinin yaş həddi – 23-dən 40-dək.
- Rus dilində oxumaq, yazmaq, sərbəst danışmağı bacarmalıdır.
- İşçilər nahar və işə gəlib getmə nəqliyyat vasitəsilə təmin olunur.
- Müsahibənin nəticələrinə əsasən əmək haqqı.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Gəncə və Gəncə ətrafı rayonlarıdan olan namizədlərə üstünlük verilir.
E – mail : cv@xan.az
Oxşar vakansiya siyahısı:
Mexanik
Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. ...