Photo Retoucher
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Photo Retoucher vəzifəsi üzrə vakansiya elan edir. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Foto Retuşer tələb olunur.

İşin rolu

  • Bu rol məhsulların şəkillərini retuş işlərinin aparılmasına və veb səhifələrə dərc edilməsinə cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Məhsulların şəkillərini markaların və e-mağazaların qaydalarına uyğun olaraq redaktə etmək
  • Elektron mağazalara məhsulların şəkillərini əlavə etmək
  • Məhsulların şəkillərinin ölçülərini ölçü cədvəlinə uyğun olaraq düzəltmək
  • Əlavə edilmiş məhsulların şəkillərini nəzərdən keçirmək

Əsas tələblər:

  • Təhsil:
  • İncəsənət/Dizayn/Fotoqrafiya/Pərakəndə Satış sahəsi üzrə Bakalavr dərəcəsi arzuolunadır
  • Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar
  • Təcrübə:
  • Foto retuş işləri üzrə 1-2 illik iş təcrübəsi
  • Retuşer rolunda Pərakəndə Satış sektorunda təcrübə arzuolunadır
  • Professional biliklər:
  • Azərbaycan dilini mükəmməl, İnglis və Rus dillərini üst orta səviyyədə bilmək
  • Photoshop və Adobe Creative Suite üzrə mükəmməl biliklər
  • Foto retuş alətləri üzrə mükəmməl biliklər
  • Microsoft Office proqramlarını bilmək
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Yaradıcılıq
  • Nəticəyönümlülük
  • Vaxtın idarə edilməsi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Foto Retuşer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...