Qısa məzmun
166 Yükdaşıma və Logistika İnsan resursları üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarə olunması;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi;
- Əhəmiyyət kəsb edən vəzifələr üzrə kadr ehtiyatının müəyyən edilməsi;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Kadr axınının səbəblərinin araşdırılması, kadr axınının qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahəsində);
- İnsan Resursları sahəsində 5 ildən artıq iş təcrübəsi;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
- Azərbaycan dilində əla, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
- Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.
- Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
İş haqqında məlumat:
- İş yeri: Səbail ray., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1000-1500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=104
Oxşar vakansiya siyahısı:
İnsan Resursları üzrə mütəxəssis
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
HR Team Leader
Norm OJSC HR Team Leader vəzifəsi üzrə vakansiya elan edir. ...