Transmissiya üzrə sahə dəstək mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AzInTelecom” MMC Transmissiya üzrə sahə dəstək mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Şirkət haqqında:

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Vəzifə:

  • Transmissiya üzrə sahə dəstək mütəxəssisi

Şöbə:

  • Texnologiyalar departamenti / Beynəlxalq transmissiya şəbəkələri şöbəsi

Vəzifə öhdəlikləri:

  • Şəbəkə xətlərinin qoşulması, sahələrdə istismarı planlanan passiv avadanlıqların quraşdırılması, sökülməsi və yerinin dəyişdirilməsi;
  • Transmissiya avadanlıqlarının quraşdırılması, sınaq testlərinin keçirilməsi və profilaktik bərpa işlərinin təşkil etməsinə texniki dəstək verilməsi;
  • Şirkətin sahə (müxtəlif operatorların sahəsində və regionlarda yerləşən) avadanlıqlarına texniki baxışların keçirilməsi və önləyici tədbirlərin görülməsi haqda təkliflərin verilməsi;
  • Transmissiya və kommutasiya sistemlərinin əməliyyatı, o cümlədən optik liflərdə ölçülərin aparılması, bağlantıların tənzimlənməsi və hesabatların hazırlanması;
  • Optik kabel şəbəkəsində yaranmış zədələnmələrin araşdırılması və aradan qaldırılmasında iştirak etməsi;
  • İstismarda olan fiber optik xətlərində aparılan təmir işləri, yerdəyişmələr və s. dəyişikliklər üzrə məlumatların mütəmadi olaraq yenilənməsi;
  • Optik şəbəkə xətlərinin və transmissiya avadanlıqlarının planlanmasında iştirak etmək;
  • Kommutasiya və Transmissiya şəbəkələrinin dizaynı və topologiyasının hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi);
  • Biznesyönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, maraq göstərmək, ümumi hədəflər arasında öz rolunu görmək, hədəfləri gündəlik işə çevirmək, şirkət xaricində müsbət imic qurmaq);
  • Microsoft Office proqramı üzrə biliklər;
  • Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, maraq göstərmək, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək);
  • Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək);
  • Məsuliyyət və nəticəyönümlülük;
  • İşə planlı yanaşma;
  • İşgüzarlılıq və operativlik;

Təhsil:

  • Telekommunikasiya mühəndisliyi sahəsində ali təhsil

Dil bilikləri:

  • Azərbaycan və ingilis dillləri (texniki səviyyədə)

İş təcrübəsi:

  • Telekommunikasiya sahəsində 1-3 il

Xüsusi tələblər:

  • IT sahəsində əldə olunmuş sertifikatlar əlavə üstünlükdür.

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı