Qısa məzmun
Bonadea Beynəlxalq Hospital Əmək haqqının hesablanması üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlanması və sualların cavablandırılması;
- Baş mühasibin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...