İnsan resursları şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Retail Group Azerbaijan LLC İnsan resursları şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

  • Şirkət: “Retail Group Azərbaycan” MMC
  • İş yeri: Nargiz Mall Baş Ofis
  • İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə – Bazar istirahət günləri
  • Vəzifə: İnsan resursları şöbəsinin rəhbəri
  • Əmək haqqı: 2000 AZN NET
  • Tabeçilik: Ölkə üzrə direktor

Vəzifə və öhdəliklər:

  • Beynəlxalq şirkətdə İnsan resursları proseslərinin idarə edilməsi;
  • İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan insan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlərin həyata keçirilməsi;
  • İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi;
  • İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi;
  • Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi;
  • Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi;
  • Baş ofisdə vakant vəzifələrlə bağlı müvafiq elanların verilməsi;
  • Müsahibələrin keçirilməsi və lazım olduqda müsahibə mərhələlərində iştirak;
  • Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
  • İşçi heyəti üçün müvafiq təlimlərin təşkil edilməsi, keçirilməsi və keçirilməsinə nəzarət;
  • Günlük, həftəlik, aylıq davamiyyətə nəzarət edilməsi;
  • İşçilərin əmək haqlarının, aylıq bonuslarının hesablanmasına nəzarət edilməsi və bu prosesin təşkili;
  • İnsan resurslarının büdcəsinin idarə edilməsi;
  • Şirkətin beynəlxalq və baş ofisi ilə mütəmadi əlaqələrin qurulması;
  • Baş ofis tərəfindən təşkil edilən İnsan resursları ilə bağlı layihələrdə iştirak etmək;
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Administrativ dəstəyin göstərilməsi;
  • Şirkətin beynəlxalq qaydalarının daxili qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • İşə qəbul, xitam, vəzifə dəyişikliyi ilə bağlı sənədləşmələrin qanunauyğunluğuna nəzarət edilməsi;
  • Əmək müqavilələrinin bağlanmasına və dəyişdirilməsinə, həmçinin Elektron hökümət portal ilə işə nəzarət edilməsi;

Tələblər:

  • İnsan resursları sahəsində 5-10 il iş təcrübəsi;
  • Yüksək səviyyədə idarəçilik bacarıqları;
  • Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir);
  • Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları;
  • Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları.
  • Ali təhsil.

Zəhmət olmasa yalnız göstərilmiş tələblərə cavab verən namizədlər öz CV formalarını (şəkilli, azərbaycan və ya ingilis dillərində) hr@fahretail.com email ünvanına göndərsinlər. Müsahibələrin növbəti mərhələsinə yalnız uyğun və seçilmiş namizədlər dəvət ediləcəkdir.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı