Qısa məzmun
Azerconnect Layihələrin tətbiqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: Azerconnect
İdarə: Rəqəmsallaşma və Müştəri Təcrübəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 10 may 2021
Müqavilə müddəti: Daimi
Bu vəzifədə sizdən Layihə çərçivəsində mərhələli hədəflərin vaxtında və müvəffəqiyyətli nəticələrlə, həmçinin büdcəyə və qoyulmuş məqsədlərə uyğun yerinə yetirilməsi tələb olunur;
Layihələrin tətbiqi üzrə mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz
- Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələrin tədbiqinin koordinasiyası;
- Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq;
- Təchizatçının fəaliyyətini əlaqələndirmək (satınalmanın planlaşdırılması, tender prosesinin idarəolunması, ASR, PO, CPA idarə edilməsi, büdcənin idarə edilməsi, icrası, maliyyə məsələlərinin icrasını izləmək, idarəetmə komitəsinin iclasının təşkil olunması və s.);
- Layihə iclasları üçün məsuliyyət daşımaq (Təqdimatların və status məlumatlarının hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərin vaxtında yenilənməsi, qeydlərin göndərilməsi);
- Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
Vəzifənin tələbləri:
- Ali və ya Magistr təhsili;
- Layihələrin idarə edilməsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Telekomunikasiya sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
- Azərbaycan (səlis), Rus (səlis) və İngilis (səlis) dillərini bilmək;
- MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
- Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür).
- Mükəmməl ünsiyyət bacarıqları;
- Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq
- Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək;
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Layihələrin tətbiqi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...