Qısa məzmun
Sabah Group LLC Kateqoriya mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Güclü inzibati və təşkilatçılıq bacarığı olmalıdır.
Vəzifə/Ad: Kateqoriya mütəxəssisi
Ofis/Layihə: “Sabah Group” LLC
Fəaliyyət forması: Pərakəndə Şirkəti/Geyim sahəsi
Məkan: Bakı, Azərbaycan
Vəzifə və məsuliyyətlər:
“Sabah Group” şirkəti “Kateqoriya mütəxəssis”inin vəzifələri:
- İnkişaf konsepsiyası və marka üzərində işləmə bacarığı.
- Aktiv şəkildə müştəri perspektivlərini araşdırmaq və əlaqələndirmək.
- Brendin idarə olunması.
- Şirkət məhsullarının hədəf kütləsinə uyğun olaraq PR-fəaliyyət sistemini formalaşdırmaq və həyata keçirmək.
- Büdcə və satış nəticələrinə görə malların düzgün sıralanmasını təmin etmək.
- Malların düzgün və vaxtında çatdırılmasına nəzarət etmək.
- Şəxsi heyətin korporativ təlimlərində iştirak etmək.
- Mağazanın düzgün işləməsinə nəzarət etmək.
- Düzgün satış strategiyasının hazırlanması.
- Mağazanın aylıq satış qrafikinin düzgün quraşdırılması və hesablanmasını təmin etmək.
- Anbarın işinə nəzarət və mağazadakı anbarın vəziyyətini təhlil etmək.
- Mövcud kolleksiyalar üçün sifariş öncəsi hazırlıq etmək.
- Yeni mağazaların açılışı ilə bağlı layihələrin hazırlanması.
- Şirkət tərəfdaşları ilə işgüzar danışıqların aparılması.
- Ticarət qaydalarına uyğun olaraq satış kampaniyalarının yaradılması və yoxlanılması.
- Ehtiyaclardan asılı olaraq, məhsul axınının təşkili və idarə olunması. (Tədarüklərin həm keyfiyyət, həm də kəmiyyət baxımından yoxlanılması, bağlamaların hazırlanması və sərgilənməsi)
- Məhsul axını ilə əlaqəli qaydaların təşkili və uyğunluğunun təmin edilməsi (çatdırılma problemləri, köçürmələr, satıla bilməyən məhsulların anbara qaytarılmasını təşkil etmək)
- Marka meneceri olaraq, marka tərəfindən təşkil edilən illik iclasda (Konqres və ya forumlarda) iştirak etmək. bu görüşlər əsasən xaricdə keçirilir.
- İstehlakçı ehtiyaclarını təmin etmək, markanın daha da böyüməsi üçün yeni imkanlar yaradacaq məhsul və ya marka inkişaf layihələrini müəyyənləşdirib idarə etmək.
- Görülən işlər barədə rəhbərliyə aylıq hesabat vermək.
- Mağazanın ümumi vəziyyəti və işləməsi üçün bütün avadanlıqların saxlanılmasına kömək etmək.
Tələblər: Təhsil:
- Azərbaycanda və ya xaricdə “İdarəetmə” və ya “Marketinq” sahəsində bakalavr və ya magistr dərəcəsinin olması.
Bilik və Təcrübə:
- Azərbaycan və İngilis dillərində güclü danışıq və yazmaq qabiliyyəti.
- MS OFFICE proqram tətbiqetmələrindən sərbəst istifadə bacarığı.
- Biznesin inkişaf sahələrini dərindən anlamaq.
- Pərakəndə satış sahəsinə olan maraq dairəsi.
- Heyət idarəsi bacarığı.
- Ünsiyyət bacarığı.
- Məsuliyyət.
- Güclü inzibati və təşkilatçılıq bacarığı.
- İşgüzar səfərlər üçün imkanların olması.
- Kollektivdə işləmək bacarığı (dinləmə, analiz etmə, anlama və təşəbbüs)
- Riyazi və məntiqi biliklər
Tələb olunan şərtlər:
- Qadın və ya Kişi namizəd;
- Analiz etmə bacarığı;
- Qərar vermə bacarığı;
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
- Azərbaycan Vətəndaşı olması;
- Uğurlu namizəd üçün əmək haqqı 600-800 AZN olaraq müəyyən ediləcək.
CV-lərinizi vakansiya qeyd etmək və foto əlavə etməklə recruitment@sabah-group.com E- mail adresinə göndərə bilərsiz.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...