Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Kassir vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi təələb olunur.
AFB Bank “4 saylı” şöbəyə Kassir vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Kassir
İş qrafiki: 09:00 – 17:00, 10:00-16:00 (Bazar ertəsi – Şənbə)
Ünvan: Sumqayıt şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Orta və ya orta-ixtisas təhsili;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır.;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə və stress altında işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Şöbədə nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...