Mühafizəçi (otel)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Resant Group Mühafizəçi (otel) üzrə vakansiya elan edir. Məsuliyyətli və intizamlı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Növbəni qəbul etdikdən təhvil verənə qədər öz iş yerini tərk etməmək;
  • Otelin ərazisində digər nəzarətçi işçiləri ilə işini koordinasiya etmək və əlaqə saxlamaq.
  • Müəssisəyə basqın zamanı basqın edənləri dərhal zərərsizləşdirməsi üçün tədbirlər görmək, bütün nəzarətçi sistemini məlumatlandırmaq və nəzarəti gücləndirmək, bu fakt haqqında hüquq mühafizə orqanları, şirkətin rəhbər işçilərini məlumatlandırmaq, hadisə yerinə kənar şəxslərin daxil olmasının qarşısını almaq.
  • Otelin giriş və çıxışına nəzarət etmək və çatdırılan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq.Otelin ərazisinə daxil olmaq üçün etibarlı sayılmayan sənədləri təqdim edən, nəzarət buraxılış rejimini pozmağa çalışan, asayişi pozan şəxsləri obyektdən uzaqlaşdırmaq, bu şəxslər barədə şöbə rəisini məlumatlandırmaq.
  • Növbədə olduğu zaman və növbənin təhvili zamanı qorunan əraziyə baxış keçirmək, qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı mühafizə vasitələrinin olmasını, siqnalizasiyanın işləməsini, telefonun və işıqlanmanın sazlığını yoxlamaq, nəticə haqqında qeydlər etmək və problem və ya məsələlər barədə rəisə məlumat vermək.

Namizədə bağlı tələblər:

  • Yaş həddi: 23-35 arası;
  • Həmin sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Komandada işləmək bacarığı olan;
  • Məsuliyyətli və intizamlı.

İş Şərtləri:

  • İş vaxtı: növbəli;
  • Əmək haqqı: 500 – 600 AZN;

Maraqlanan namizədlər mövzu yerində “Mühafizəçi” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...