Qısa məzmun
GerLift Group MMC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Müstəqil və qrup daxilində işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir
- Satış həcmindən yüksək bonus
- İş qrafiki: 09:00-dan 18:00-dək
- İstirahət günü – Bazar günü
Maraqlanan namizədlərdən öz CV-lərini leyla.abdullazade@gerlift.az poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Namizədə tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır
- Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi
- İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
- Mc. Office proqramlarını yaxşı şəkildə bilmək
- Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Müştərilərə malı təqdim etmək bacarığı
- Satış işinin qurulması bacarığı
- Məsuliyyət,dinamiklik
- Sürücülük vəsiqəsinin olması
- Şəxsi avtomobilin olması
- Yaş həddi : 25-35
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...