Qısa məzmun
Azerbaijan Supermarket LLC CCTV üzrə Texnik vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə təcrübə tələb edilir.
Məkan: Baş ofis
Şöbə: Marketin inkişafı üzrə departament
Məruzə edir: MEP (mexanika, elektrik və santexnika) üzrə menecer
Birbaşa hesabatlar: MEP İdarə edilməsi üzrə Komanda
Vəzifənin adı: CCTV üzrə Texnik
Vəzifənin qısa məzmunu və məqsədi:
- CCTV üzrə Texnik, quraşdırma, xidmət və təmir, dəyişdirmə və giriş nəzarəti, CCTV, IP Video və siqnalizasiya / müdaxilə sistemlərini əhatə edən təhlükəsizliklə əlaqəli bütün sistemlərin istismarı üzrə bacarıqlı təhlükəsizlik texnikin işini həyata keçirmək üçün məsuliyyət daşıyır.
- Dərhal əməliyyat və / və ya təhlükəsizlik məsələlərini həll etmək və təlimata uyğun olaraq profilaktik təmir proqramları ilə məşğul olmaq.
İş üzrə Vəzifələr:
- Giriş nəzarəti, təhlükəsizlik siqnalı, qapalı dövrə televiziya sistemləri və digər fərqli təhlükəsizliklə əlaqəli sistemlərin quraşdırılması və xidmətini həyata keçirmək.
- Sistemləri qiymətləndirmək, diaqnoz qoymaq, problemi həll etmək və təmir işlərini lazımi qaydada həyata keçirmək
- Funksionallığı və istifadə imkanlarını artırmaq üçün yenilənmələr həyata keçirmək və əlavələr etmək.
- İnventarlaşdırma aparmaq və tələb edilən əşyaların mövcudluğunu təmin etmək üçün avadanlıq və təchizatları tələb etmək.
- İş sahəsində lazım olan materialların mövcudluğunu təmin etmək üçün müxtəlif əşyaları daşımaq (məs. alətlər, avadanlıq, qurğuları və s.).
- Qapalı dövrə televiziya kameraları, girişə nəzarət qurğuları və mühafizə siqnalı sistemlərini lazim olduqda əlavə etmək üçün kompüter proqramının daxil edilməsini lazımi qaydada həyata keçirmək.
Tələb olunan bacarıqlar:
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları nümayiş etdirmək
- Müstəsna danışıq aparmaq və inandırma bacarıqları nümayiş etdirmək
- Etibarlı sürücülük vəsiqəsi
İdeal Namizəd Bacarıqları:
- Bu sahədə təcrübə tələb edilir
- Standartları və prosedurları tətbiq etmək və onları həyata keçirmək bacarığı
- Yaxşı ünsiyyət bacarıqları
Əsas xüsusiyyətlər
- Yaxşı komanda iştirakçısı olmaq
- Yüksək motivasiyalı olmaq
- İşə sakit, peşəkar münasibət və yanaşma
- Hər səviyyədə olan həmkarlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli olmaq
- Nəzarətsiz işləmə bacarığı, etibarlı və güvənilə bilən olmaq
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “CCTV üzrə Texnik” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Novator HRC MMC Anbardar köməkçisi (fəhlə) üzrə vakansiya elan edir. ...
Apar şirkəti Elektro-mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...