Qısa məzmun
Karaca şirkəti Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Nağd və ya nağdsız (kredit-debit kartlar) ödənişlərin qəbul edilməsi və əməliyyatlarının düzgün aparılması
- Məhsulun satışı, dəyişdirilməsi və geri qaytarılması əməliyyatının prosedur əsasında həyata keçirməsi
- Kassa hesabatlarının aidiyyatı şöbəyə düzgün və operativ çatdırılması
- Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək
Namizədə tələblər:
- Aidiyyatı sahə üzrə iş təcrübəsi
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti
- Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili arzu olunandır
- Ünsiyyətcil, təşəbbüskar
- Komandada işləmək bacarığı
- Mükəmməl kommunikasiya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün
- Sabit əmək haqqı, satışdan faiz və gündəlik nahar haqqı şirkət tərəfindən təmin olunur
- Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@krc.az elektron ünvanına göndərə bilərlər.
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdırr.