İnformasiya texnologiyaları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kaspi Təhsil Şirkəti İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • İnformasiya Texnologiyaları sahəsində bakalavriatura dərəcəsi;
  • İT sahəsində 3 il təcrübə;
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
  • Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

  • Server avadanlıqları üzrə iş təcrübəsi;
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
  • Windows ƏS üzrə biliklər;
  • Microsoft ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);
  • Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).

Vəzifə öhdəlikləri:

  • İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
  • Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
  • Məlumatların arxivləşdirilməsini təşkil etmək;
  • Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
  • İT dəstək, infrastrukturu və sistemləri idarə etmək.

İş saatları: I-V günlər, 8:00-17:00
İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC (Ünvan: Xocalı pr. 57A)

Son müraciət tarixi: 10.05.2021

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı