Qısa məzmun
SSI Retail Kassir vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
- Sinteks Şirkətlər qrupuna hal hazırda Xəzinədar tələb olunur.
- Bu vəzifənin rolu pul vəsaitlərinin və malların hərəkətinə nəzarət etməkdir
Vəzifə öhdəlikləri:
- Mağazanın vaxtında açılıb-bağlanmasını təmin etmək
- Satış əməliyyatlarını icra etmək və satış proqramında qeydiyyatını aparmaq
- Müştərilərdən nağd ödənişləri qəbul etmək və POS-terminal vasitəsilə nağdsız ödənişləri həyata keçirmək
- Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal qəbzlərini aidiyyəti üzrə təhvil vermək
- Malları mağazaya qəbul etmək və təftiş zamanı iştirak etmək
- Təftiş nəticəsində aşkar edilmiş nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını təşkil etmək
- Mağazada kassaya aid olan avadanlıqların işlək vəziyyətdə olmasını təmin etmək
- Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək
Əsas tələblər:
- Təhsil:
- Orta-texniki təhsil (Ali təhsil arzu olunandır)
- Təcrübə:
- Xəzinədarlıq sahəsində ən az 1 il iş təcrübəsi
- Professional biliklər:
- Azərbaycan dilini səlis bilmək (rus dili arzu olunandır)
- Microsoft Office Proqramlarını bilmək
- Nağd pul sistemləri bilmək
- Kassa işini bilmək və kassa avadanlıqları ilə işləmə bacarığı
- Professional bacarıqlar və kompetensiyalar:
- Məsuliyyət
- Diqqətlilik
- İntizam
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...