UI / UX Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATL Tech UI / UX Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Mehriban və ünsiyyətcil kollektiv olmalıdır.

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “UI / UX Dizayner” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

İşin təsviri və öhdəliklər:

  • Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması
  • Tapşırıqların təhlilində iştirak və istifadəçi senarilərinin hazırlanması
  • Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn – prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması
  • İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması
  • İnterfeyslər üçün test skriptlərinin hazırlanması, praktikliyinin sınanılması
  • Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması
  • Marketinq şöbəsi əməkdaşları ilə əməkdaşlıq edərək, rəqəmsal istifadə üçün əlverişli interfeysi təhvil vermək
  • Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq
  • Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək

Tələb olunan bacarıqlar:

  • Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;
  • Figma,Sketch, Adobe Photoshop,Adobe Illustrator bilikləri;
  • Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;
  • Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;
  • Mobil cihazlara adaptasiya etmə;
  • İnterfeys tətibiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

İş şəraiti:

  • 6 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
  • Mehriban və ünsiyyətcil kollektiv;
  • Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “UI / UX Dizayner” başlığı ilə https://jobs.talhunt.az/atl/499-ui+%2F+ux+dizayner elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...