Qısa məzmun
Adore Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olmalıdır.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır)
- Anoloji sahədə ən azı 5 il iş təcrübəsi
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Vergi qanunvericiliyini üzrə mükəmməl biliklərə sahib olmalı
Şəxsi keyfiyyətlər:
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması
- Vergi, Statistika, DSMF və Məşğulluq üzrə hesabatların hazırlanması və göndərilməsi
- Qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Şirkət üçün nəzərdə tutulmuş xırda xərclərin pul və aylıq hesabat formasında işlənməsi
- Bütün hesabatların hazırlanması və vergi orqanlarına təqdim edilməsi. Əlavə dəyər vergisi (ƏDV) hesabatlarının hazırlanması və yoxlanılması. Gömrük bəyannamələrinin zırlanması.
- Bütün bank əməliyyatları. Hesabların ödənilməsi və analizi. Debitor və kreditorların yoxlanılması
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
İş şərtləri:
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı müsahibə əsnasında
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) gözlənilən əmək haqqını qeyd etməklə hr.info@adoregroup.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Aparıcı Mühasib” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...