Qısa məzmun
PASHA Bank Müştəri Meneceri Assistenti vəzifəsi üzrə vakansiya elan edir. Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət etməlidir.
Vəzifənin məqsədi:
Kiçik və Orta Sahibkarlıq Bankçılığı seqmentinin inzibati dəstəyi, müqavilələrə nəzarəti, sifarişlərin emalı və sənədlərin hazırlanması.
- Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi
- Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti)
- Sazişlərin icrası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqəli şöbələrin son tarixə riayətinə nəzarəti)
- Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq
- Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət
- Potensial müştərilərin cəlbi və Müştəri Meneceri ilə əlaqələndirilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 0-1 il
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 15.05.2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Quba Müştəri Meneceri Assistenti” və ya “Zaqatala Müştəri Meneceri Assistenti” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...