Steward
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

əyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək

İş yeri: Texniki xidmət şöbəsi
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi: Mətbəxdə və Restoran xidməti sahələrində təmiz və gigiyenik iş mühitini təmin etmək, istismar avadanlığını və mətbəx ləvazimatlarını yumaq, təmizləmək və yerinə yığmaq.

Tabeçilik: Texniki xidmət şöbəsində qrup rəhbəri/nəzarətçi/menecerƏsas Öhdəliklər

Müştəri Xidməti Öhdəlikləri:

  • Daxili müştərilərə müvafiq mükəmməl xidmət göstərmək.

Əməliyyat Öhdəlikləri

  • Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • Menecer köməkçisi və ya Restoran xidmətinin qrup rəhbəri tərəfindən təyin edilmiş ümumi təmizlik işlərini yerinə yetirmək.
  • Qabları müəyyən edilmiş fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
  • Qazanları, tavaları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
  • Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
  • Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək.
  • Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam anlayış və biliyə malik olmaq.
  • Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
  • İstismar avadanlığının rüblük, yarım-illik, illik inventarını aparmağa yardım etmək.

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər Öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Ölkənin qanunvericiliyinə riayət etmək.
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

E-mail: careers@absheronhotelgroup.com

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı