Qısa məzmun
166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini yaxşı səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzi işinin effektiv təmin edilməsi;
- Mövcud işçi heyətinin idarə olunması və nəzarət edilməsi;
- Operatorların təlimi üçün treyninqlərin təşkil olunması;
- Müştərilərlə əlaqə saxlanılması və problemlərin araşdırılması;
- Şirkət və müştərilər arasında keyfiyyətli əməkdaşlığın qurulması;
- Şirkətin hədəflərinə uyğun satış planının doldurulması;
- Həftəlik, aylıq və illik hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən tapşırılan digər işlər.
Tələblər:
- Ali təhsil;
- İdarəçilikdə 1-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (Word, Excel, PowerPoint);
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə və problem həlletmə bacarığı;
- Dürüst, punktual, diqqətli olmalı və ünsiyyət qurmağı bacarmalıdır.
İş haqqında məlumat:
- İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiEmbafinans, ...
Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...