Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bizim Market Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi

Tələblər:

  • Müvafiq sahədə ali təhsil
  • Tikinti/Təchizat sahəsində ən azı 3 illik təcrübə
  • Azərbaycan dilində sərbəst, Rus dilində isə orta səviyyədə bilik
  • Kompüter bilikləri – MS Office və təchizat proqramlarını bilmək
  • Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək
  • Tikinti materiallarının növlərini,təyinatını və spesifikasını bilməli
  • Yerli tikinti bazarının biliyi

İş haqqında məlumat:

  • Yerli və xarici bazarlarda tikinti materiallarına qiymətlərin öyrənilməsi
  • Sifariş olunan materialların Sifarişçiyə qısa müddətdə çatdırılmasına nəzarət
  • Satıcı fərdi şəxs və təşkilatlarla danışıqların aparılması və mümkün olan ən aşağı qiymətin razılaşdırılması
  • Tikinti bazarında qiymətlərin mütəmadı yoxlanılması
  • Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması
  • Materialların alınması üçün kotirovka və tenderlərin keçirilməsi
  • Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması və izahat
  • Bütün tikinti layihələri üzrə ehtiyac olan tikinti materiallarının təchiz olunmasını təmin etmək

İş şəraiti:

  • 5 günlük iş həftəsi;
  • Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).

Vakansiyaya müraciət üçün CV-ləri “Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı