Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Report İnformasiya Agentliyi Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
- Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
- 1C proqramında işləmə bacarığı: uçotun aparılması, anbar uçotun aparılması və təşkili;
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanması;
- E-qaimə fakturaların yazılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Satış və debitor borc hesabatın hazırlanması;
- Alış və kreditor borc hesabatının hazırlanması;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Əmək haqqı və məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması,istismara verilməsi,köhnəlməsinin hesablanması,balansdan silinməsi və s;
- Vergi orqanından daxil olan məktubların nəzarətdə saxlanması və müvafiq yazışmaların aparılması
Namizədə tələblər:
- Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir);
- İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +5 il;
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili bilmək üstünlükdür;
- Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü;
- İş saatı: Həftə içi 09:00-18:00. Şənbə və bazar günləri istirahət;
- Əmək Haqqı – 1000-1300 AZN
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini samira@ria.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş Kredit MütəxəssisiBrand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Kredit Mütəxəssisi
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...