Qısa məzmun
Siyazan Broiler Baş mühasib müavini vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
- Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması
- Rəsmi hesabatların hazırlanması (Statistika;DSMF)
Namizədə tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə)
- Kişi namizədlər
- Yaş: 25-40
- Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması
- Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
- Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00 – 18:00, şənbə 09:00 – 14:00
- Əmək haqqı: 1500 – 2000 Azn gross
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasib müavini” qeyd etməklə CV formasını cv@siyazanbroiler.com email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...