Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rəhbər vəzifədə 5 ildən artıq iş təcrübəsi olmalıdır.

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri
Şirkət : Azerconnect
İdarə : Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Aprel 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər idarəsinin aparıcı rollarından biridir. Bu rolda sizdən müvafiq funksional sahəni və xarici bazarı dərindən başa düşmək və qabaqcıl Əlaqə Mərkəzi təcrübələrini biznes ehtiyaclarına uyğunlaşdırmaq və tətbiq etmək tələb olunmaqdadır;

Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Əlaqə Mərkəzinin gündəlik fəaliyyətini idarə etmək, yəni strategiyaların tətbiqi, avadanlıqların təchizatı, resursların səmərəli şəkildə planlaşdırılması;
  • Xidmət səviyyəsi, səmərəlilik, satış və keyfiyyət göstəriciləri üzrə performans hədəflərini təyin etmək;
  • Müştəri gözləntilərini qarşılamaq və müştəri məmnuniyyətini təmin etmək üçün analitik, strateji və texniki resursları əlaqələndirmək;
  • Prosesləri yaxşılaşdırmaq üçün hesabatlar hazırlamaq və Əlaqə Mərkəzi məlumatlarını təhlil etmək;
  • Əlaqə mərkəzində hər bir qərarın mərkəzində müştərinin duracağı bir mədəniyyət formalaşdırmaq;
  • Kadr dəyişikliyinə, işdən qalma hallarına və əlavə iş saatlarına ciddi nəzarət etmək;
  •  Qeyri-səmərəli işçilər üçün fəaliyyət planları hazırlamaq;
  • Sosial şəbəkələrdə tətbiq olunan bütün sosial media platformaları üçün gündəlik praktik idarəetməni təmin etmək;
  • Sosial media ilə əlaqəli ən yaxşı təcrübələri tətbiq etmək.

Vəzifənin tələbləri:

  • Bakalavr dərəcəsi;
  • Məlumat Mərkəzi/Əlaqə Mərkəzinin idarəetməsi üzrə ən azı 3 il təcrübə;
  • Rəhbər vəzifədə 5 ildən artıq iş təcrübəsi;
  • CRM proqramı, layihə idarəetmə proqramı üzrə praktik bacarıqlar;
  • Liderlik keyfiyyətləri, işçilərə təlim vermək, onları təlimatlandırmaq və motivasiya etmək bacarığı;
  • Güclü ünsiyyət bacarıqları, ictimaiyyət qarşısında rahat çıxış və təqdimat bacarıqları;
  • Microsoft Office proqramları və Əlaqə Mərkəzi avadanlıqları/ proqram təminatları üzrə iş təcrübəsi;
  • Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – səlis;
  • Bəzən səyahət tələb oluna bilər.

Müraciət üçün

  • CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
    Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
    Başlıqda “Əlaqə Mərkəzi üzrə bölmə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
    Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı