Təlim və işçi qiymətləndirməsi üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Parabokt Təlim və işçi qiymətləndirməsi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olmalıdır.

İş haqqında:

  • İnsan Resurslarının İdarə edilməsi Departamentinə Təlim və işçi qiymətləndirməsi üzrə koordinator
  • Əmək haqqı: 1200-1500 manat
  • İş günləri 1-6-cı günlər bazar günü – istirahət

Tələblər:

  • Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Portalla işləmək;
  • Tabelin və əmrlərin hazırlanması;
  • Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
  • İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
  • Departament işlərini planlaşdırma bacarığına malik olması;
  • Microsoft Office proqramları üzrə biliklər (Xüsusilə Word,Excell,Outlook)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

  • İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasına nəzarət;
  • İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
  • Qiymətləndirmə formalarına və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
  • Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
  • Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
  • İşçilərin maddi və mənəvi qiymətləndirilməsi sisteminin həyata keçirilməsində iştirak etmək;
  • Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
  • Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
  • Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
  • Boktun tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
  • Boktun potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin hazırlanması və icrası
  • İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
    İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
  • Departament daxili hesabatın verilməsi

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Koordinator” başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı