Yarımavtomat qaynaqçısı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Yarımavtomat qaynaqçısı vəzifəsi üzrə vakansiya elan edir. Qaynaq üzrə sertifikasiyaya olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
  • Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
  • İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
  • Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
  • Temperatur rejiminə ciddi nəzarət etməlidir;
  • Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
  • Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
  • İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
  • Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
  • Qaynaqçı iş qabağı geyim paltarını, əlcəyini, qoruyucu maskasını və eynəyini yoxlamalı, yadda saxlamalıdır ki, gərginlik altında işləyir. Transformator və qaynaq olunan konstruksiya yerlə əlaqələndirilməlidir. Hər hansı nasazlığı yalnız transformator dövrədən açıldıqdan sonra aradan qaldırılmalıdır;
  • Qaynaq şüşəsinin üzərinə adi şüşə parçası qoymalıdır ki, çirklənəndə dəyişmək mümkün olsun. Reduktor və generatorun germetikliyini sabunlu su ilə yoxlamalıdır;
  • Bağlı çənlərin içərisində işə başlamazdan qabaq çənin içərisi buxarla yuyulmalı və sonra qaynaq işlərinə başlamalıdır;
  • İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalı;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.

Təhsil/Təcrübə:

  • Orta-texniki təhsil;
  • Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilməli;

Əlavə məlumatlar:

  • Maaş: Razılaşma əsasında;
  • Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;

Oxşar vakansiya siyahısı:

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

27.08.2025 - Hacıqabul

1500₼
Texniki mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

25.08.2025 - Bakı

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

22.08.2025 - Xırdalan

400 — 500 ₼
İstehsalat operatoru

Konfirom MMC İstehsalat operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Konfirom MMC

21.08.2025 - Bakı

SƏTƏM ( Hacıqabul )

Hajigabul Poultry Farm Company SƏTƏM ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

21.08.2025 - Hacıqabul

3500 — 4000 ₼
Baş mexanik ( Mühəndis)

Camal LTD şirkəti Baş mexanik ( Mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

700 — 1000 ₼
Texniki ofis mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.08.2025 - Bakı

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı