Müqavilələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AsTexnoservis LLC Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kommersiya hüququ bilikləri olmalıdır.

Vəzifə və öhdəliklər:

  • Müqvilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Proses prosedurlara uyğun olaraq mövcud müqavilələrə əlavə və dəişikliklər hazırlamaq;
  • Bütün aktların, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərərk rəy vermək;
  • Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
  • Müqavilə danışıqlarının aparılması;
  • Müqaviləyə əlavələrin hazırlanması;
  • Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
  • Müqavilələrin reyestrinin aparılması;
  • Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
  • Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;
  • Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;
  • Digər korporativ hüquqi fəaliyyətlər;

 Tələblər:

  • Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s; ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir;
  • Kommersiya hüququ bilikləri;
  • Kompüter biliyi: Microsoft Office  (Word, Excel, Outlook, PowerPoint);
  • Azərbaycan dilində yüksək , ingilis dilində yüksək və yazışmaları aparmaq bacarığı; Rus dilini bilməsi arzuolunandır;
  • Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
  • Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s;) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
  • Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

   Şəxsi bacarıqlar:

  • Yüskəs analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
  • Komandada işləmə bacarığı;

İş şərtləti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr@astexnoservis.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı