Qısa məzmun
Caspian Textile MMC Satış Müdiri vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlә işlәmәyi bacaran, gülərüz və mehriban olmalıdır.
İş barədə məlumat:
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
Namizədə tələblər:
- İş təcrübəsi: Uniform satışında ən azı 2 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı
- Kollektivlә işlәmәyi bacaran, gülərüz və mehriban
- İş qrafiki: 6 iş günü,bazar günü istirahət
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı müsabiqə əsasında təyin olunacaq
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
Maraqlanan şəxslər CV-ni hr@caspiantextile.com email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...