Qısa məzmun
Kapital Bank Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı olmalıdır.
Bərdə, Şirvan, Masallı, Cəlilabad, İmişli, Goranboy, Ağcabədi, Zaqatala, Göyçay, Salyan, Tovuz və Sabiarabad fillialarına Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi
Ümumi:
Kapital Bank Bərdə, Şirvan, Masallı, Cəlilabad, İmişli, Goranboy, Ağcabədi, Zaqatala, Göyçay, Salyan, Tovuz və Sabiarabad fillialarına Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir
:
Öhdəliklər :
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər :
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir (minimum 1 il)
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...