Satış Mütəxəssisi / Proqram Məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Satış Mütəxəssisi / Proqram Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Təqdimat bacarığı olmalıdır.

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Satış Mütəxəssisi / Proqram Məsləhətçisi

İşin təsviri:

  • Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
  • Namizədlərlə onlayn və ya oflayn görüşlər keçirmək
  • Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək
  • Fərdi və korporativ namizədlərin qeydiyyat prosesini təşkil etmək
  • Namizədlər bazasını idarə etmək
  • Aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək
  • Satışın tələblərinə uyğun yeni tədris qruplarının və proqramlarının yaradılmasını təklif etmək.

İş rejimi 5 günlükdür və növbəli iş qrafiki ilədir. İş saatları 10:00-19:00, 11:00-20:00 arasıdır.

Görmək istədiyimiz bilik və bacarıqlar:

  • Satış üzrə ən az 1 il, ümumi isə ən az 2 il iş təcrübəsinin olması
  • Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
  • Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
  • Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Aktiv dinləmə qabiliyyəti
  • Komanda şəklində işləmə qabiliyyəti
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək
  • Problem həlletmə bacarığı

Vəd etdiklərimiz:

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompyuter, mobil telefon və korporativ nömrə
  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...