Qısa məzmun
AzerGold CJSC Logistika sektorunun müdiri vəzifəsi üzrə vakansiya elan edir. İncoterms şərtlərini bilməlidir.
Şirkət haqqında:
“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun müdiri
Əsas vəzifə və öhdəliklər:
- Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;
- Cəmiyyətin işçilərinin və qonaqlarının müvafiq prosesə (prosedura) uyğun Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan xidməti avtonəqliyyat vasitələri ilə xidməti işlərlə bağlı Bakı şəhərdaxili və ölkədaxili daşınmasını təşkil etmək;
- Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;
- Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək; Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;
- Lİİ şöbəsinin tabeçiliyində olan avtomobillərin texniki qulluq və təmiri ilə əlaqədar hesabatların hazırlamasını təşkil etmək;
- Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtomobilləri idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasına nəzarət etmək;
- Xidməti zərurətlə bağlı yüklərin ölkə daxili və ölkə xarici göndərilməsini təşkil etmək;
- Yüklərin göndərilməsi və gətirilməsi ilə bağlı gömrük sənədləşdirilməsinin aparılmasının təşkili;
Tələb olunan bilik, bacarıq və səriştələr: - İşgüzar danışıqlar və yazışma aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik;
- Gömrük orqanları ilə iş təcrübəsi;
- İncoterms şərtlərini bilməli;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları bilməli. (SAP arzuolunandır).
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Minimum 4 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...