Qısa məzmun
Odlar Yurdu Sığorta Brokeri Team Leader vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncəsi yüksək olan tələb olunur.
Namizədin təcrübəsinə dair tələblər:
- Yaş: 25 – 40
- Cins: Qadın
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta və ya Bankçılıq sahəsində iş təcrübəsi; Təlim sahəsində və satış sahəsində təcrübələrin mövcudluğu arzu olunandır.
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili bilikləri arzu olunandır;
- Microsoft Office yüksək səviyyədə;
- Müştərilərlə işləmə və davranış təcrübəsi;
- Pərakəndə satış seqmentində məhsullarının satış texnikaları barədə biliklər;
- Təlim materiallarının və testlərin hazırlanması və tədbiq olunmasında təcrübə və bilikləri;
- Təqdimatların hazırlanması təcrübəsi
- Müştərilər və tərəfdaşlar üçün dəstəkləyici materalların (notlar,təqdimatlar,kommersiya təklifləri və s.) hazırlanması;
Kompetensiyalar:
- Yüksək nitq mədəniyyəti;
- Yüksək təqdimat bacarığı;
- Stresə davamlı və məsuliyyətli;
- Diqqətli, fikirlərini aydın izah etmə bacarığı;
- Analitik düşüncə və idarəçilik bacarığı;
- Liderlik keyfiyyətləri, İşçiləri təşkilatlandırmaq və həvəsləndirmək bacarığı
- Əməkdaşların iş planlarının tərtibatı
- Nəticələrə nəzarət bacarığı
Vəzifə öhdəlikləri:
- Həvalə edilmiş kollektivin idarə olunması;
- Həvalə edilmiş komandanın nəticələrinə cavabdeh olmaq və nəticələrin yüksəlməsi, habelə, işçilərin əmək məhsuldarlığının artırılması üçün müvafiq işlər görmək
- Əməkdaşlara satış texnologiyaları ilə əlaqədar praktiki və nəzəri təlimlərin keçirilməsi
- Sığorta məhsulları haqqında əməkdaşlara təlimlərin keçirilməsi;
- Müştərilərnən davranış qaydaları və satış prosesində onların etirazları ilə işləmək texnikaları haqqında praktiki və nəzəri təlimlərin keçirilməsi
- Əmıkdaşların nəticələrə dair motivasiyalarını artırmaq məqsədilə həvəsləndirici tədbirlərin tədbiqi
- Əməkdaşların iş planının icrasına və əldə edilən nəticələrə nəzarət;
- Təlim materiallarının tərtib edilməsi;
- Əldə edilmiş nəticələr haqqında rəhbərliyə mütəmadi məruzə etmək
İş şərtləri, əmək haqqı və nəticə əsaslı bonuslar:
- Əmək haqqı: 600 AZN net fix əmək haqqı və nəticələrdən asılı olaraq aylıq əlavə 600 AZN-dək net bonuslar
- İş vaxtı: 09:30 – 18:30
- Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq
CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun. CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@oys.az mail ünvanına göndərə bilərlər və e-mailin mövzu hissəsində mütləq “Team Leader” qeyd edilməsi xahiş olunur.
Əlaqə nömrəsi: (+994)502959527
Əlaqəli şəxs: Feyziyeva Günel.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...