Qısa məzmun
Nar Bazar araşdırması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.
Vakansiya haqqında
İdarə : B2C Kommersiya
Şöbə: Müştəri Dəyərinin İdarəedilməsi və Biznes Təhlili
İş qrafiki: Standart
İş müddəti: Müvəqqəti
Son müraciət tarixi : 07.04.2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
- Bazar araşdırması üzrə hesabat infrastrukturlarını təkmilləşdirmək
- Aparılmış sorğu və təhlillərə əsasən dövri və sorğu əsasında hesabatlar/ təqdimatlar hazırlamaq
- Araşdırma layihələrini hazırlamaq və monitorinq aparmaq
- Mövcud sorğu məlumatlarının toplama sistemlərini təkmilləşdirmək
- Telekommunikasiya sahəsində olan beynəlxalq trendləri izləmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, Marketinq və ya Riyaziyyat üzrə ali təhsil (Magistr təhsili üstünlük hesab olunur)
- Bazar araşdırması üzrə iş təcrübəsi üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Microsoft Office proqramlarını bilmək
- SPSS və ya digər analitik proqramlarda işləmə bacarığı üstünlük hesab olunur
- Analitik düşüncə
- Kabinet araşdırması üzrə bilik
- Azərbaycan (səlis) və İngilis (yaxşı) dillərini bilmək
Müraciət etmək üçün
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Bazar araşdırması üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...