Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR OptionVergi uçotu üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dürüslük, məsuliyyətlilik,çeviklik olmalıdır..
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
- Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək.Tələblər:- Vergi Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- e-gov.az, taxes.gov.az, gov.az və digər portallardan istifadə etmə bacarığı;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu başlıq yerinə “Vergi uçotu üzrə Mühasib” yazaraq cv.hroption.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...