Qısa məzmun
Ə/h 1500 AZN. Oil Supply MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
 - Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
 - Daxil olan materialların və xidmətlərin uçotu
 - Əsas vəsait və qeyri-maddi materialların uçotu
 - İnzibati və kommersiya xərclərinin uçotunun aparılması
Invoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri; - Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət;
 - Şirkətin kassa uçotunun aparılması;
 - Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
 - Əməliyyatları 1C proqramında aparmaq
 - Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
 - Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
 - İdarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması);
 - Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti.
 - Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri;
 - Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət
 - Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması
 - Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
 
Namizədə tələblər:
- Yaş: 30-50
 - Cnsi: Qadın
 - Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində)
 - Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi
 - Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
 - Analitik təhlil etmə qabiliyyəti
 - ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
 - Xarici dil bilikləri Rus və İngilis dili bilmesi üstünlükdür
 - Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, BTP, Excel, Word, Outlook)
 
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 - İş qrafiki həftənin 6 günü;
 - İş saatı: Həftə içi 09:00-19:00, şənbə günü 10:00-15:00. Bazar günü istirahət
 - Əmək Haqqı – 1500 AZN
 
Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Maraqlanan namizədlərdən öz CV-lərini info@oilsupply.az poçt ünvanına, mövzu bölməsində baş mühasib yazılmaqla göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...