Head of Call Center
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Telefon mərkəzi bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmə bacarığı və idarəetmə qabiliyyəti olmalıdır.

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə biznesə dəstək Departamentinin Telefon mərkəzi bölməsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Telefon mərkəzi bölməsinin effektiv işinin təmin edilməsi;
  • Yeni məhsullar, tariflər, kampaniyalar haqqında operatorlari məlumatlandırmaq;
  • Mövcud olan işçi heyətini idarə və nəzarət edilməsi;
  • Problemli müştərilər ilə əlaqələrin saxlanılması;
  • Operatorların təlimi üzrə treninqlərin təşkili;
  • Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin hazırlanması.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Dil bilikləri: Azərbaycan, inglis və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı;
  • Məlumat mərkəzi qrup rəhbəri/bölmə rəhbəri vəzifəsində iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı və idarəetmə qabiliyyəti;
  • Ünsiyyətqurma qabiliyyətinin yüksək olması;
  • Fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
  • İdarəetmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

700 — 900 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

01.12.2025 - Bakı