İstehsalat mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand-Agro LLC İstehsalat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı olmalıdır.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi nəzərdə tutulmuşdur.

Əlavə məlumat

  • İş yeri – Çinar Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – İstehsalat mühəndisi

Vəzifə öhdəlikləri:

  • Müəssisədə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir
  • Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığını təyin edir
  • Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarını tərtib edir, istehsalat gücünü və avadanlığın yüklənməsini hesablayır
  • Texniki əsaslanmış vaxt (hasilat) normalarını, xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak edir
  • Texnoloji normativləri, təlimatları, yığım sxemlərini, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlayır
  • Texnoloji avadanlığın düzgün istismarına nəzarət edir
  • Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılmasında iştirak edir

Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək

Tələblər:

  • Təhsil : Təhsil – Ali ( Qida məhsullarının texnologiyası, Qida məhsulları mühəndisliyi )
  • Təcrübə: Əlaqədar sahədə minimum 3 -5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
  • İT üzrə biliklər: Microsoft Office

Texniki Bacarıqlar:

  • İstehsalın texnoloji hazırlanmasına aid metodiki və normativ materiallar üzrə biliklər
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
  • Qida təhlükəsizliyi və keyfiyyət sistemləri (ISO 9001/22000) üzrə biliklər

Səriştəlik:

  • Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “İstehsalat mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı