Qısa məzmun
Ə/h 600-900 AZN. BF Home Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Komanda ruhu ilə çalışmağı bacarmalıdır.
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti
orqanlara təqdim edilməsi - İş yeri: Nərimanov rayonu, Ağa Nematulla küçəsi. 93 C
- İş vaxtı: I – VI günlər, 10:00-dan 19:00-dək
- Əmək haqqı: 500-1500 AZN (təcrübədən və müsahibənin nəticəsindən asılı olaraq)
Namizədə tələblər:
- Yaş həddi: 22-40
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
- Mühasibatlıq sahəsində ali təhsil
- C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
- Microsoft Excel, Microsoft Word proqramlarında əla işləmək bacarığı
- .e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...