Elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. “NOVAS AGRO” Elektrik vəzifəsi üzrə vakansiya elan edir.

“Novas Agro” MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə iki dəfədən çox ərazisini və fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə “Novas Agro” brendi adı altında tanınmışdır. Strateji və perspektivli planlarında 2021-ci ildə şirkətin ərazi və fəaliyyət sahəsinin daha da genişlənməsi nəzərdə tutulmuşdur.

Əmək funksiyası:

  • Elektrik mühərriklərinin, aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə və detalların sökülməsi, təmiri və yığılması;
  • Sadə işıqlandırma avadanlığı və böyük olmayan projektorların sazlanması və qurulması;
  • Paylayıcı qutuların, qoruyucu lövhələrin qurulması, sökülməsi, təmiri;
  • Sadə işəsalıcı-tənzimləyici aparatların yoxlanılması və təmiri.

Bilməlidir:

  • Elektrik maşınlarının sabit və dəyişən cərəyanlı elektrik mühərriklərinin, transformatorların, elektrik aparat və cihazlarının iş prinsipini;
  • Elektrik maşınlarının təmiri işlərinin aparılması qaydası və üsullarını;
  • Kabel xətlərinin və hava elektrik şəbəkə xətlərinin çəkilməsi qaydalarını;
  • Elektrik materiallarının əsas növlərini və təyinatını;
  • Kabel çəkilməsi zamanı torpaq işlərinin aparılması qaydasını;
  • Nəzarət-ölçü alətlərini;
  • Elektrik avadanlığının yerdəyişməsində takelaj işlərinin aparılması üsullarını.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istixana sahəsində təcrübə üstünlükdür);
  • Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
  • Elektrik sxemlərini tərtib etmək bacarığı;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Komandada işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili, (Rus dili arzu olunan).

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • AR Əmək məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə əsasında namizədin təcrübəsinə uyğun olaraq təyin ediləcək.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Elektrik” yazmaqla hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı