Qısa məzmun
Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Nostro və Loro müxbir hesabların açılması, aparılması və bağlanması prosesinin həyata keçirilməsi; daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
- Bankda “Due Diligence” təşkili və aparılmasında iştirak etmək;
- Müxtəlif mənbələrdə (Bankers Almanac, SWIFT KYC Registry) bank məlumatlarının yenilənməsi;
- Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi; bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflərin verilməsi və danışıqların aparılması;
- Yerli və xarici maliyyə institutlarından, həmçinin daxili struktur bölmələrdən daxil olan sorğuların koordinasiyası və cavablandırılması, müvafiq sənədləşmə işinin aparılması;
- Rəhbərliyin göstərişi ilə həftəlik, aylıq əsasda hesabatların tərtib olunması.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya beynəlxalq münasibətlər sahəsində ali təhsil;
- Maliyyə İnstitutları ilə iş / Müxbir əlaqələr sahəsində minimum 1 il iş təcrübəsi;
- Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
- Microsoft Word, MS Excel, Power Point, Outlook proqramları ilə işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik və komandada işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...