Kart əməliyyatları üzrə layihə koordinatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Kart əməliyyatları üzrə layihə koordinatoru vəzifəsi üzrə vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı Kart əməliyyatları şöbəsinə layihə koordinatoru axtarışındadır.

  • Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Layihələrin təşəbbüsü , o cümlədən layihə sifarişlərinin toplanması və baxılması;
  • Layihələrin idarə edilməsinə dəstək;
  • Layihə portfellərinin ümumi resurslarının idarə edilməsinə dəstək;
  • Layihələr üzrə hesabatların tərtibi;
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkminləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
  • Layihələrin gerçəkləşməsi çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi/IT təhsilli;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
  • Komandada işləmək bacarığına sahib;
  • Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili arzuolunandır;
  • Bank, klirinq-ödəniş xidmətləri göstərən təşkilatlarda və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Problemləri həll etmə bacarığına malik olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kart əməliyyatları üzrə layihə koordinatoru” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı