Tədris işləri üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. DB advisors Tədris işləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Təhsil sektorunda təcrübə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Təlim və inkişaf planlarının işlənib hazırlanması və genişləndirilməsinə köməkliyin göstərilməsi
  • Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanmasında yaxından iştirak etmək;
  • Təhsil müəssisələri arasında koordinasiyanın qurulmasının təmin edilməsində iştirak etmək;
  • Tədris metodologiyalarından anlayışlı olmaq və tədris ləvazimatlarının düzgün seçilməsi;
  • İş sisteminin daimi olaraq təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin nəzarətdə saxlanılması və yüksəldilməsini təmin edilməsi üçün təklif və ideyaların irəli sürülməsi;
  • Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
  • Strateji inkişaf planının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 20-30;
  • Azərbaycan və rus dillərini səlis bilməli;
  • Kreativ düşünmə qabiliyyətli və yenilikçi ideyalara mənsub olmaq bacarığı;
  • Şirkətin xidmət keyfiyyətinin artırılması üçün yeni hədəf və məqsədləri müəyyən etmək bacarığı;
  • Kompüter və müasir ofis avadanlıqlarından sərbəst istifadə bacarığı;
  • MC Office proqramlarından istifadə bacarığı;
  • Analitik təhlil, araşdırma qabiliyyəti, operativlik, aktivlik;
  • Səlis nitq qabiliyyəti, təşkilatçılıq və komandada işləmək bacarığı;
  • Təhsil sektorunda təcrübə üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: sərbəst
  • Əmək haqqı: 300 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə öz CV formasını career_azerbaijan@database.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...